İngiltərə Premyer Liqasında çıxış edəcək "Lids Yunayted" yeni transferini açıqlayıb. Matc.az xəbər verir ki, komanda "Valensiya"sının futbolçusu Rodriqo Morenonu heyətinə qatıb.

29 yaşlı ispaniyalı hücumçu ilə 4 illik müqavilə imzalanıb, bu klub tarixinin ən bahalı transferi olub. Premyer Liqa təmsilçisinin qarşı tərəfə 30 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, Rodriqo Moreno 2019/2020 mövsümündə "Valensiya"nın heyətində 34 oyun keçirib və 7 qol vurub

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest