Avropa Karate Federasiyasının (EKF) ikinci virtual görüşündə koronovirus pandemiyası şəraitində karatenin inkişafı məsələləri müzakirə olunub.
 
Matc.az Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, EKF-in prezidenti Antonio Espinosun rəhbərlik etdiyi videokonfrans görüşündə qitənin 30-dək milli federasiyasının prezidenti iştirak edib.
 
Digər qitə federasiyaları ilə görüş isə ikinci hissədə baş tutub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İdarə heyətinin üzvü Yaşar Bəşirov çıxışında milli federasiyanın bu dövrdə virtual fəaliyyətindən və idmançılarımızın hərtərəfli dəstəkləndiyindən söz açıb. Görüşün sonunda Espinos bu çətin günlərdə milli federasiyaların işlərini yüksək qiymətləndirib.
 
Videokonfransda yarışların keçirilməsinin mümkün variantları müzakirə olunub, birgə səylər nəticəsində qarşıdakı aylarda həyatın öz axarına düşəcəyinə və turnirlərin bərpa ediləcəyinə inam ifadə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest