İtaliyanın "İnter" klubunun yarımmüdafiəçisi Borxa Valero komandadan ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
 
35 yaşlı futbolçu Milan təmsilçisi ilə müddəti bitən müqaviləsini yeniləməyib.
 
2017-ci ildən "İnter"in şərəfini qoruyan Valero, iştirak etdiyi 100 matçda 5 qolla yadda qalıb. İspan futbolçunun yenə İtaliyada qalması gözlənilir. Onunla "Cenoa", "Parma" və "Fiorentina" maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest