Futbol üzrə Fransa çempionatında 2-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
 
"Renn" doğma meydanda "Monpelye" üzərində qələbəyə sevinib. Səfərdə "Strasburq"la üz-üzə gələn "Nitsa" da turu inamlı qələbə ilə başa vurub.
 
Bu tur keçirilməli olan "Lans" – PSJ matçı təxirə salınıb. Qarşılaşma sentyabrın 10-da oynanılacaq.
 
Fransa Liqa 1
2-ci tur
28 avqust
 
Olimpik (Lion) – Dijon 4:1
Qol: Depay, 39-pen; 45+1; 65-pen. Lautoa, 45-öz qapısına – Şeydler, 14.
 
29 avqust
 
Renn – Monpelye 2:1
Qol: Le Tallek, 22-öz qapısına. Kamavinqa, 77 – Labord, 90+1.
 
Strasburq – Nitsa 0:2
Qol: Dolberq, 37; 59.
 
30 avqust
 
15:00 Reyms – Lill
17:00 Anje – Bordo
17:00 Mets – Monako
17:00 Nant – Nim
17:00 Sent-Etyen – Loryan
23:00 Brest – (Marsel)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest