Eddi İsrafilovun Azərbaycan milli komandasının Lüksemburq və Kiprlə oyunları üçün heyətə çağırılsa da, toplanışa gəlməkdən imtina etməsinin səbəbi məlum olub. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
"www.5maseldescuento.es" saytının iddiasına görə, Eddinin yığmaya gəlməməsinin əsas səbəbi onun "Albasete"də yeni mövsümün hazırlığında iştiraka üstünlük verməsidir. Məlumatda, "Albasete"nin baş məşqçisi Lukas Alkarasın komandanın əsas futbolçularından hesab etdiyi Eddinin hazırlıqdan kənarda qalmasını istəmədiyi və onun milliyə getməməsinin tərəfdarı olduğu bildirilib.
 
Eddi İsrafilov millinin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən azı iki dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil. Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə isə icazə verilməyəcək.
 
Canni De Byazi Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest