Artıq İspaniya Futbol Federasiyası da bununla bağlı rəsmi açıqlama yayıb. Federasiya UEFA Millətlər Liqası çərçivəsində Almaniya (3 sentyabr) və Ukrayna (6 sentyabr) ilə oyunlara dəvət alan Oyarzabalın millinin heyətindən kənarlaşdırıldığını, onun əvəzində "Vilyarreal"dan Jerar Morenoya dəvət göndərildiyini açıqlayıb.

Futbol üzrə İspaniya millisinin və "Real Sosyedad"ın hücumçusu Mikel Oyarzabalda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bütün futbolçulardan və texniki heyətdən koronavirus analizi götürüldüyü, Oyarzabalın testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb.
 
Artıq İspaniya Futbol Federasiyası da bununla bağlı rəsmi açıqlama yayıb. Federasiya UEFA Millətlər Liqası çərçivəsində Almaniya (3 sentyabr) və Ukrayna (6 sentyabr) ilə oyunlara dəvət alan Oyarzabalın millinin heyətindən kənarlaşdırıldığını, onun əvəzində "Vilyarreal"dan Jerar Morenoya dəvət göndərildiyini açıqlayıb.
 
"Real Sosyedad"da bir müddət öncə Arits Elustondo və daha iki klub işçisində də koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest