Ukraynanın "Aleksandriya" klubu yoxlama oyununda qüvvəsini sınayıb.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi sözügedən komanda Ukraynanın digər klubu "Krivbass"la qarşılaşıb.
 
Altı qolun qeydə alındığı oyun "Aleksandriya"nın qələbəsiylə başa çatıb – 4:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest