"Qalatasaray" bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
 
Matc.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Super Liqa təmsilçisi, Türkiyənin 1-ci liqasında mübarizə aparan "ümraniyəspor"la qarşılaşıb.
 
Matç "Qalatasaray"ın inamlı qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 6-cı dəqiqədə Radamel Falkao açıb. 80-ci dəqiqədə isə ömər Bayram yekun nəticəni müəyyənləşdirib.
 
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest