Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda milli komandaların oyunları ilə bağlı yeni qaydalar təsdiqlənib.
 
1) Bir komandanın oyunçuları yığma və ya yerli hökumət tərəfindən məcburi karantinə alınarsa, yarışın müvafiq reqlamentinin digər müddəalarından asılı olmayaraq, 1-i qapıçı olmaqla 13 futbolçu (buraya U-21 yığması da daxildir) düzəlirsə, matç təyin olunan qaydada keçiriləcək.
 
2) Milli assosiasiya minimum oyunçu sayına (13) uyğun komandanı formalaşdıra bilməsə, mümkün olacağı təqdirdə oyun başqa tarixə təxirə salınacaq. Görüşün yeni vaxtını və yerini UEFA təyin edəcək. Məqsədəuyğun hesab olunarsa, qarşılaşma neytral meydanda keçirilə bilər. Bu halda ev sahibi komanda matçın təşkili və bununla əlaqəli bütün xərcləri öz üzərinə götürməli olacaq.
 
3) Matçı təxirə salmaq mümkün olmadıqda bu barədə qərarı UEFA-nın Nəzarət, Etika və Nizam-İntizam Komitəsi verəcək. Oyunun təşkilinə cavabdeh olan yığmaya görə qarşılaşma baş tutmasa və ya başa çatdırılmasa, həmin komandaya texniki məğlubiyyət veriləcək. Kollektivlərdən hər ikisi ilə bağlı problem yaranarsa, qalibi müəyyənləşdirmək üçün püşkatma olacaq.
 
4) Hakimlər briqadasının üzvlərindən hansınınsa koronavirus testi müsbət çıxarsa, UEFA həmin referini üz-üzə gələn yığmaların təmsil etdiyi federasiyalardan olan və adı FİFA siyahısında olmayan hakimlə əvəzləyə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest