İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sauthempton"dan Mario Lemina və Harrison Ridi heyətinə qatıb. Bu barədə klubun məbuat xidməti məlumat yayıb.
 
"Fulhem" Leminanı icarə əsasında komandaya cəlb edib. Premyer Liqa klubu mövsümün sonunda yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər.
 
Rid isə birdəfəlik transfer edilib. 25 yaşlı futbolçuyla 4 illik müqavilə imzalanıb.
 
Fransa "Loryan", "Olimpik" (Marsel), İtaliyada "Yuventus"un formasını geyinmiş Lemina, "Sauthempton"da 2017-ci ildən çıxış edir. Qabon yığmasının formasını geyinən 26 yaşlı mərkəz yarımmüdafiəçisi, ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib.
 
"Sauthempton"un öz yetirməsi olan Rid isə, geridə qalan mövsümdə də "Fulhem"də icarədə oynamışdı. 25 yaşlı ingilis yarımmüdafiəçi əvvəlki mövsümlərdə "Norviç Siti" və "Blekbern"də də icarədə olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest