İspaniyanın "Xetafe" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid "Atletiko"sundan Dario Povedanı, "Mançester Siti"dən isə Ante Palaversanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İcarəyə götürülən Poveda ilə 2 illik müqavilə imzalanıb. 23 yaşlı ispan hücumçu "Vilyarreal"ın yetirməsidir. O, 2018-ci ildə "Atletiko"ya transfer olunsa da, Madrid təmsilçisinin əsas komandasıyla La Liqada cəmi 2 oyuna çıxıb.
 
Palaversa isə bir mövsümlük icarəyə götürülüb. 20 yaşlı xorvat yarımmüdafiəçi "Mançester Siti"yə 2019-cu ildə yetirməsi olduğu Split "Hayduk"undan gəlib. O, geridə qalan mövsümü icarə əsasında "Hayduk"da və "Ostende"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest