"Astana"nın mətbuat xidməti 2018-ci ilin ən yaxşı futbolçusu ilə bağlı sorğu keçirib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, jurnalistlər arasında aparılan səsvermənin nəticəsində qalib Nenad Eriç seçilib.

78 xal toplayan Serbiya əsilli kapitan komanda yoldaşları üçün əlçatmaz olub. Xorvatiyalı yarımmüdafiəçi Marin Tomasov (58 xal) ikinci, Baxtiyar Zaynutdinov (32) isə üçüncü olub. "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Pedro Enrike 13 xal toplayaraq, 8-ci yeri tutub.

Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda isə ilk "10-luğ"a düşə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest