Bu gün UEFA çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatma da "Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi III təsnifat mərhələsində "Molde" klubunu mübarizədən kənarlaşdırsa, "Ferensvaroş" (Macarıstan) - "Dinamo" (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, çempionlar Liqası pley-off mərhələsindəki görüş iki oyundan ibarət olacaq. Təmsilçimiz ilk matçı evdə keçirəcək.

Qeyd edək ki, görüşlər sentyabrın 22-23 və 29-30-da baş tutacaq."Qarabağ" – "Molde" cütündə məğlub olan komanda isə Avropa Liqasının pley-offunda qüvvəsini sınayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest