Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Püşktamada Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi" də öz potensial rəqibi bəlli olub. II raundda Türkiyə "Qalatasaray"ına rəqib olan "ağ-qaralar" mərhələni keçərsə, "Renova" (Şimali Makedoniya)/"Hayduk" (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

"Neftçi" – "Qalatasaray" oyununun qalibi növbəti raundun görüşünü evdə keçirəcək. Əvvəlki mərhələlər kimi bu dəfə cütün taleyi bir matçda həll olunacaq. Görüş sentyabrın 24-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest