Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Fransa U-21 yığması məşqləri bərpa edib.

Matc.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, məşqçilər və futbolçular heyəti koronavirus testi verdikdən sonra hazırlığın növbəti mərhələsinə start götürüb.

Silvayn Ripollun komandası sentyabrın 5-də Azərbaycana gələcək. Komanda ayın 6-da qarşılaşma öncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, Azərbaycan – Fransa matçı sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest