İtaliyanın "Napoli" klubu yarımmüdafiəçisi Pyotr Zelinski ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
26 yaşlı polşalı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
 
Polşa yığmasının da üzvü olan Zelinski, 2016-cı ildən "Napoli"nin uğurları üçün çalışır. O, daha öncə "Udineze" və "Empoli"də də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest