"Qalatasaray"ın "Kasımpaşa" ilə yoxlama oyunu ləğv olunub.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə sentyabrın 5-də keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağı diqqətə çatdırılıb. Matçın ləğv edilməsinin səbəbləri açıqlanmır.
 
Qeyd edək ki, "Qalatasaray" Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq. Bu komandalar arasındakı oyun sentyabrın 17-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest