"Barselona"dan ayrılan xorvat yarımmüdafiəçi İvan Rakitiçin "Sevilya"ya transferi rəsmiləşib.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər 2+2 illik müqaviləyə imza atıblar. "Sevilya" bu keçid üçün "Barselona"ya 1,5 milyon avro təzminat ödəyib. Gələcəkdə Əndəlus təmsilçisi 9 milyon avro bonus da ödəməli olacaq.
 
Qeyd edək ki, 32 yaşlı Rakitiç 2011-2014-cü illərdə də "Sevilya"da çıxış edib. Xorvatiya yığmasının liderlərindən biri olan futbolçu son altı ildə "Barselona"nın uğurları üçün çalışırdı. O, Kataloniya təmsilçisində 310 oyuna çıxıb, 36 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest