Futbol üzrə İspaniya La Liqasına vəsiqə qazanan "Kadis"in kollektivi koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, analizlər nəticəsində 3 nəfərdə koronavirus aşkarlanıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onlardan ikisi futbolçu, biri isə məşqçidir. Həmin şəxslərin adları açıqlanmayıb və onlar təcrid olunublar. Komandanın bu günə nəzərdə tutulan məşqi ləğv edilib.
 
Qeyd edək ki, La Liqada 2020/21 mövsümünə sentyabrın 13-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest