Son günlərdə "Valensiya"dan Rodriqo Moreno, "Frayburq"dan Robin Kox, "Arsenal"dan Sem Qrinvudu heyətinə qatan İngiltərənin "Lids" klubu öz futbolçularından Stüart Makkinstri ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
18 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
Şotland futbolçu 2019-cu ildə "Motervel"dən "Lids"ə transfer edilib. O, 17 yaşı olmasına baxmayaraq, geridə qalan mövsümdə bu komandanın heyətində 7 oyuna çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest