Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Kerem Atakan Kesgini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Geridə qalan mövsümü "Göztəpə"də keçirən 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Kerem Atakan "Bucaspor"un yetirməsidir. Türkiyənin U-21 yığmasının da üzvü olan yarımmüdafiəçi, 2018-ci ildən "Göztəpə"nin formasını geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest