İngiltərənin "Arsenal" klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, London təmsilçisi Fransanın "Lill" klubunun müdafiəçisi Qabrieli transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Qabriel yeni komandasında "6" nömrəli formanı geyinəcək.
 
Britaniya mətbuatı isə "Arsenal"ın 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzaladığını və 26 milyon avro təzminat ödədiyini yazıb. "Topçular" daha 4 milyon avro da bonus halında ödəməlidir.
 
Karyerasına ölkəsinin "Avai" klubunda başlayan Qabriel, 2017-ci ildə "Lill"ə transfer edilib. O, Fransanın "Trua", Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarında icarədə də oynayıb. Qabriel ötən mövsüm "Lill"in heyətində 34 oyuna çıxıb, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest