Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan futbol üzrə Lüksemburq yığması yoxlama oyunu keçirib.

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan futbol üzrə Lüksemburq yığması yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın 3-cü Bundesliqa təmsilçisi "Saarbrükken"lə qarşılaşıb.
 
"Jozi Bartel" stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Komandalar meydanı qolsuz tərk ediblər - 0:0.
 
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər arasındakı ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda baş tutacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest