Millətlər Liqasının ilk turu çərçivəsində keçiriləcək Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kris Kavanaq köməkçiləri isə Daniel Riçard Kuk və Sian Massey olacaqlar. 4-cü hakim funksiyasını isə Pol Tirni yerinə yetirəcək.

 UEFA nümayəndəsi isə türkiyəli Mətin Kazancıoğlu olacaq.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest