Avropa çempionatı seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Fransa millisinin heyətində itki baş verib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi İmran Louza yığmamıza qarşı oyunda iştirak etməyəcək.

Məlumata görə, buna səbəb oyunçunun xəstələnməsidir. Futbolçunun koronavirusa yoluxmadığı ancaq ehtiyat üçün heyətdən kənar tutulduğu bildirilir.

Xatırladaq ki, Azərbaycan – Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest