UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtları açıqlanıb.
 
Matc.az xəbər verir ki, sabah ilk olaraq milli komandamızın italiyalı baş məşqçisi Canni de Byazi, sonra isə rəqibin çalışdırıcısı Lük Holts media nümayəndələri qarşısına çıxacaq.
 
4 sentyabr
Azərbaycan milli komandası
Saat 17:15. Mətbuat konfransı
Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Lüksemburq milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Hər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
 
Qeyd edək ki, mətbuat konfransı və açıq məşqlərdə Azərbaycan – Lüksemburq oyunu üçün müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə bilər. COVİD-19 pandemiyası ilə əlaqədar mətbuat konfransında və məşq zamanı KİV nümayəndələri mütləq qaydada fərdi qoruyucu vasitədən (maska) istifadə etməli və sosial məsafə tələblərinə riayət olunmalıdı. Akkreditasiya vəsiqələri ilə bağlı 3 sentyabr 2020-ci il tarixində affa.az-da məlumat veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest