Əfsanəvi futbolçular Françesko Totti və Canluici Buffon İtaliya Futbol Federasiyasında çalışa bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu federasiya prezidenti Qabriel Qravin deyib.

O bildirib ki, adıçəkilən şəxslərə iş təklifi edəcəklər: "Buffon və Totti dünya futbol ulduzlarıdı. Onları bütün azarkeşlər sevir. Bu insanlarla bağlı necə müsbət fikirlər söyləməyim? Onlarla əməkdaşlıq edə bilərik. çünki federasiyada rəhbər vəzifə təklif edəcəyik".

Qeyd edək ki, Totti hazırda "Roma"da çalışırsa, Buffon PSJ-nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest