İspaniyanın "Qranada" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid "Real"ından Alberto Soronu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçiylə 5 illik müqavilə imzalanıb.
 
"Qranada" Soro üçün "Real"a 2,5 milyon avro ödəyib. Futbolçu son mövsümü icarə əsasında Sequnda təmsilçisi "Saraqosa"da keçirib.
 
"Real" "Saraqosa"da çıxış edən Soronun transfer hüquqlarını 2019-cu ilin yayında 2,5 milyon avroya almış və yenidən bu kluba icarəyə vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest