İtaliyanın "Verona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniya doğumlu türk futbolçu Koray Günteri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Koray İtaliyanın digər elita klubu "Cenoa"dan transfer olunub. Amma transferin maddi detalları açıqlanmır.
 
Günter geridə qalan mövsümdə məhz "Verona"da icarədə oynayıb. O, bu komandanın heyətində 32 oyuna çıxıb.
 
"Verona" bu yay "Roma"dan digər türk futbolçu Mert çetini də icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest