İngiltərənin "Brayton" klubu müdafiəçisi Ben Uaytın müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
 
Uayt son mövsümü icarə əsasında "Lids"də keçirib. Premyer Liqanın debütantı müdafiəçini heyətinə qatmaq istəyirdi. "Lids" Uayt üçün 22,5 milyon avro təklif etsə də, "Brayton" bununla razılaşmayıb.
 
"Brayton" öz hücumçusu Qlenn Murreyi də çempionşip təmsilçisi "Uotford"a icarəyə verib. İcarə müddəti mövsümün sonuna qədərdir. 36 yaşlı ingilis hücumçu 2016-cı ildən "Brayton"un uğurları üçün çalışırdı. O, 2008-2011-ci illər aralığında da bu komandada forma geyinib.
 
Premyer Liqa klubu yetirməsi olan 20 yaşlı qapıçı Tom Makgilli də "Kroli Taun"a icarəyə göndərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest