Niderlandın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Eyndhoven təmsilçisi Almaniyanın "Auqsburq" klubunun müdafiəçisi Filippp Maksı transfer edib.
 
Bu barədə PSV-nin rəsmi saytı məlumat yayıb. 26 yaşlı alman futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Qeyri-rəsmi məlumata görə, PSV Maksın transferinə görə "Auqsburq"a 8 milyon avro ödəyəcək.
 
"Şalke"nin yetirməsi olan Filipp, 2015-ci ildən "Auqsburq"un uğurları üçün çalışırdı. O, bu klubdan öncə bir mövsüm "Karlsrue"nin də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest