Fransanın "Dijon" klubunun "Oser"lə sentyabrın 4-nə nəzərdə tutulan yoxlama oyunu təxirə salınıb.
 
Matc.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın 2 futbolçusunda koronavirus aşkarlanması səbəb olub.
 
Adları açıqlanmayan oyunçuların evlərində karantinə alındığı və həkim nəzarəti altında olduqları bildirilib.
 
Qeyd edək ki, "Dijon" Fransa çempionatının ilk 2 turunda xal qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest