Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı hücumçu Xuma Babakarı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alanya təmsilçisi  27 yaşlı futbolçunu İtaliyanın "Sassuolo" klubundan satınalma şərti ilə 1.5 illik icarəyə götürüb. Hücumçu yeni komandasında "10" nömrəli formanı geyinəcək.
 
"Fiorentina"nın yetirməsi olan Babakar, 2018-ci ildən "Sassuolo"da çıxış edir. O, karyerası ərzində "Rasinq", "Padova", "Modena", "Leççe" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest