Türkiyənin "Gənclərbirliyi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Murat Yıldırımı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
 
"Ayaks"ın futbol akademiyasının yetirməsi olan Murat Yıldırım, karyerası ərzində "Samsunspor", "Bursaspor", "Kayseri Erciyesspor", "Qaziantep BB", "Boluspor" klublarında da çıxış edib. 2017-ci ildən isə o, "Yeni Malatyaspor"un uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest