İngiltərənin "Lester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, "tülkülər" İtaliyanın "Atalanta" klubundan Timoti Kastanı transfer edib.
 
Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
"Lester" Timoti üçün "Atalanta"ya 25 milyon avro ödəyib. Kastan Belçika milli komandasının da üzvüdür. O, geridə qalan mövsümdə İtaliya klubunun heyətində 35 rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest