Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Herta"dan ayrılan Vedad İbişeviçi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı bosniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb. Vedad yeni klubunda "11" nömrəli formanı geyinəcək.
 
İbişeviç 2015-ci ilin avqustundan "Herta"da çıxış edirdi. O, Almaniyada "Ştutqart", "Hoffenhaym" və "Allemaniya"da da forma geyinib. Bosniya və Herseqovina yığmasının sabiq forvardı Fransada PSJ və "Dijon"un da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest