Futbol üzrə Almaniya milli komandasının yarımmüdafiəçisi Kay Haverts yığmanın düşərgəsini tərk edib.
 
Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "çelsi" ilə müqavilə imzalamaq üçün İngiltərəyə yola düşüb.
 
Havertsin formasını geyindiyi "Bayer" klubu da futbolçunun "zadəganlar"a keçidini təsdiqləyib.     
 
İngiltərə mətbuatının xəbərinə görə, "çelsi" alman yarımmüdafiəçi üçün "Bayer"ə 90 milyon avro ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest