"Azərbaycan millisinin oyunlarının videosunu izləmişik. Rəqibin 2 nömrəli futbolçusunu (Qara Qarayevi nəzərdə tutur - red.) xüsusi vurğulamaq istərdim. O, çox yaxşı keyfiyyətlərə malikdir və əsl komanda oyunçusudur"

Futbol üzrə Lüksemburq millisinin üzvü Kristofer Martins UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Azərbaycan millisinin oyunlarının videosunu izləmişik. Rəqibin 2 nömrəli futbolçusunu (Qara Qarayevi nəzərdə tutur – red.) xüsusi vurğulamaq istərdim. O, çox yaxşı keyfiyyətlərə malikdir və əsl komanda oyunçusudur".
 
Futbolçu Millətlər Liqasındakı hədəflərindən də söz açıb: "Əsas məqsədimiz qrupda 1 xal toplamaqdır (gülür). Təbii ki, zarafat edirəm. Əsas məqsəd yaxşı oynamaq, hər oyuna qələbə üçün çıxmaqdır".
 
Pandemiya ilə əlaqədar İsveçrədən Lüksemburqa qayıtmaqda çətinliklə üzləşən Martins məşq prosesini "Yanq Boyz"un düşərgəsində keçirdiyini söyləyib: "Yığmada olduğum üçün çox şadam. Sabahkı matçı səbirsizliklə gözləyirəm. Meydana daxil olduğum zaman əminlik yaranır. İsveçrədə klubumun heyətindəki son görüşdə qazanılan qələbə sabahkı oyun öncəsi mənə əlavə motivasiya verəcək. Mənim üçün dəyişən bir şey yoxdur, komandanın bütün oyunçularını tanıyıram. Azərbaycanla qarşılaşmada əsas vəzifəm hücumda çıxış etmək olacaq".
 
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Lüksemburq görüşü saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest