"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "dənizçilər" Qvatemala milli komandasının qapıçısı Nikolas Hageni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əcnəbi qolkiperlə 2020/21 mövsümünün sonunadək müqavilə imzalanıb.
 
Hagen "Səbail"də "96" nömrəli formanı geyinəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest