Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi qvineyalı müdafiəçi Yulian Janvye və türk qapıçı Ertuğrul Taşkıranı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərənin "Brentford" klubundan icarəyə götürülən Janvye ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Fransada anadan olan 28 yaşlı futbolçu "Nansi"nin yetirməsidir. O, daha sonra "Lill", "Muskron", "Red Star", "Reyms" kimi klublarda da forma geyinib. Mərəz müdafiəçisi 2018-ci ildən "Brendfort"da çıxış edirdi.
 
Ertuğrul Taşkıran isə "Boluspor"dan transfer olunub. Onunla 3 illik müqavilə imzalanıb. 30 yaşlı qolkiper 2017-ci ildən "Boluspor"da idi. "Fənərbaxça"nın yetirməsi olan futbolçu "Samsunspor", "Kayserispor", "Sivasspor"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest