Türkiyənin "Fənərbaxça" klubu daha bir futbolçu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Tolqay Arslanla vidalaşıb.
 
30 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbaxça"ya keçən və 3.5+1 illik müqaviləyə imza atan Tolqay, bu komandanın heyətində 33 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.
 
Qeyd edək ki, "Fənərbaxça" daha əvvəl Alper Potuk və Mevlüt Erdinclə əməkdaşlığa son qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest