"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, İtaliya klubu Madrid "Real"ının yarımmüdafiəçisi Brahim Diası heyətinə qatıb.
 
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu 2020/21 mövsümünün sonuna qədər "Milan"ın uğurları üçün çalışacaq. O, yeni klubunda 21 nömrəli forma ilə çıxış edəcək.
 
Dias İngiltərənin "Mançester Siti" klubunun yetirməsidir. O, 2019-cu ilin iyunundan "Real"da çıxış edir. İspaniyanın gənclərdən ibarət yığmasının üzvü ötən mövsüm 10 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest