Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 1-ci turun növbəti oyunları keçirilib. Matc.az xəbər verir ki, 3-cü oyun günündə 9 qarşılaşma baş tutub.
 
Azərbaycan millisi də turnirdə mübarizəyə başlayıb. Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib və məğlubiyyətlə üzləşib. Qrupun digər oyununda isə Kipr və Monteneqro yığmaları üz-üzə gəliblər. Bu oyunda da qonaqlar qələbə qazanıblar.
 
A Liqasının 2-ci qrupunda İngiltərə səfərdə İslandiyanın qonağı olub və minimal hesabla qalib gəlib. Belçika Danimarka üzərində inamlı qələbəyə sevinib. 3-cü qrupda isə Portuqaliya evdə Xorvatiyanı darmadağın edib. Qrupun digər oyununda İsveç son dünya çempionu Fransa ilə qarşılaşıb. Fransızlar minimal hesabla üstün olublar.
 
UEFA Millətlər Liqası
1-ci tur
5 sentyabr
 
A liqası, 2-ci qrup
 
İslandiya – İngiltərə 0:1
Qol: Sterlinq, 90+1-pen.
 
Danimarka – Belçika 0:2
Qol: Denayer, 9. Mertens, 77.
 
A liqası, 3-cü qrup
 
Portuqaliya – Xorvatiya 4:1
Qol: Kanselo, 41. Jota, 58. J.Feliks, 70. An.Silva, 90+5. – Petkoviç, 90+1.
 
İsveç – Fransa 0:1
Qol: Mbappe, 41.
 
C liqası, 1-ci qrup
 
Azərbaycan – Lüksemburq 1:2
Qol: R.Şeydayev, 43 – A.Krivotsyuk, 48-öz qapısına. J.Rodriqes, 72-pen.
 
Kipr – Monteneqro 0:2
Qol: Yovetiç, 60; 73.
 
C liqası, 2-ci qrup
 
Şimali Makedoniya – Ermənistan 2:1
Qol: Alioski, 5-pen. Nestorovski, 38-pen – Barseqyan, 90+4.
 
Estoniya – Gürcüstan 0:1
Qol: Katçarava, 32.
 
D liqası, 2-ci qrup
 
Cəbəllütariq – San-Marino 1:0
Qol: Torilla, 42.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest