Portuqaliyanın "Benfika" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, "Benfika" "Almeriya"dan Darvin Nunezi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliya təmsilçisi bu transfer üçün 24 milyon avro ödəyib. Bu, həm klub tarixinin, həm də Portuqaliya çempionatının ən bahalı transferi kimi tarixə düşüb.
 
"Benfika" Uruqvay millisinin üzvü ilə 2025-ci ilədək nəzərdə tutulan müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest