İspaniyanın "Sevilya" klubunun futbolçusu Munir El-Haddadidə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İspan hücumçudan götürülən analizin nəticəsi müsbət çıxıb. Karantinə alınan 25 yaşlı forvardın özünü yaxşı hiss etdiyi və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Sabah oyunçular və məşqçilər yenidən testdən keçiriləcəklər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest