"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bu gün "Sabah"a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Yaranmış fasilə bizim üçün çox faydalı oldu. Komandaya yeni qoşulanlar və formada olmayan futbolçularımız var idi. Ağır məşqlərdən sonra uşaqların meydandakı əzmkarlığı, çalışqanlığı məni qane etdi. Bu gün bizim bəzi oyunçularımız da milli komandaların heyətindədir. Fürsətdən istifadə edərək, gənc futbolçuların hazırlıq səviyyəsini də yoxladıq. ümidvaram ki, turdan-tura daha da artıracağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest