"Açığı, qalib gəlməyə layiq idik. Sona qədər yaxşı oynadıq. Bu qədər yaxşı performans göstərəcəyimizə inanmırdıq. Komandanın ikinci məşqində bunu edə biləcəyimizi gördük. Bu gün gözləntilərimizi meydanda ortaya qoya bildik. Rəqib "qırmızı" aldıqdan sonra 10 nəfərlə müdafiəyə çəkildi. Bu isə bizim işimizə yaradı". Matc.az xəbər verir ki, bunu Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts deyib.

UEFA Millətlər Liqasının I turu çərçivəsində Azərbaycanla oyun haqda fikirlərini bölüşən Holts daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycanın oyunun əvvəlindən müdafiədə oturmasına təəccübləndiniz?

-Xeyr, təəccüblənmədim. Yeni baş məşqçinin 4-4-2 sistemindən istifadə edəcəyini düşündüm. Komanda azlıqda qaldıqdan sonra da yaxşı oynadı. 

- Vahid Selimoviç niyə start heyətdə idi?

- Onun performansından razıyam. O, digərlərindən daha təcrübəlidi, oyun praktikası çoxdu. Bu səbəbdən də əsas heyətdə idi.

- Jerson Rodrigesin penalti vurmasını öncədən planlaşdırmışdınız?

-Bəli, əvvəlcədən bilinirdi. Penalti üçün siyahıda üç oyunçumuz vardı. Jerson da onlardan biri idi.

- Gələcək oyunlarda mərkəzdə dəyişiklik etmək istəsəniz planınız nə olacaq? 

-Futbol fəlsəfəm odur ki, meydanda mövqelərinin ən yaxşıları oynamalıdır. Komandamın bu günkü kimi üstünlüyü çox da görsənən bir şey deyil. Ancaq bu səfər olduqca yaxşı idik.

- Dünən rəqiblər haqda çox məlumatınızın olmadığını dediniz. Bu gün fikrinizdə dəyişiklik var?

-Montenqro komandasını favorit hesab edirəm. Digərləri də orta səvvilidir. Bugünkü çıxışımızın isə belə qalacağına ümid edirəm.

-Azərbaycan millisi bu gün hər şeyi özü elədi – qırmızı vərəqə, avtoqol və penalti. Digər rəqiblərdən də bunu gözləyirisiniz?

-Açığı, bunları gözləmirdim. Bizim oyunumuz var. Qələbəyə layiq idik. Oyunda bunların baş verməsi onların məğlubiyyətinə səbəb deyil. Sadəcə biz yaxşıydıq.

- Lüksemburqun oynadığı futbol idisə, Azərbaycanınkı nə idi?

-Ola bilsin komandanın yeni baş məşqçisinin oyun fələsəfəsi belədir. Mən onların oyunlarını əvvəlki illərlə müqayyisədə inkişaf olduğunu deyərdim. Xüsusən də İspaniya stili futbol var idi meydanda. Ola bilsin ki, baş məşqi dəyişikliklər etmək istəyib. Bu, keçid dövrüdür və və məqşçiyə vaxt lazımdır. Məncə, gec-tez öz yerini tapar. 

- Oyundan öncə Azərbaycanı, indi isə Montenqronu favorit gördünüz....

- Azərbaycanı favrot bizə qarşı görmüşəm, qrupda isə Monteneqro favoritdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest