Futbol üzrə Latviya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da bu turnirdə növbəti matçını keçirib.
 
Sözügedən komanda "Auda" ilə qarşılaşıb. 1:5 hesablı məğlubiyyətlə üzləşən "Super Nova" mübarizəni dayandırıb.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest