İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Portu"nun hücumçusu Fabio Silvanı transfer edib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Britaniya mətbuatı bu transfer üçün İngiltərə təmsilçinin 35 milyon funt sterlinq ödəyəcəyini yazıb. Bu isə sözügedən klub üçün rekord transfer məbləğidir. Əvvəlki rekord 2019-cu ildə "Benfika"dan 30 milyon funt sterlinqə alınan Raul Ximenesə məxsus idi.
 
Qeyd edək ki, Fabio Silva ötən mövsüm Portuqaliya çempionatında 12 matçda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest