Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2-ci tura start verilib. Matc.az xəbər verir ki, A, B, C və D Liqalarında 10 qarşılaşma baş tutub.
 
İlk turda İspaniya ilə 1:1 hesablı heç-heçə edən Almaniya A Liqasının 4-cü qrupunda İsveçrənin qonağı olub. Almanlardan bu görüşdə də xal itiriblər. İspaniya isə Ukraynanı qəbul edib və darmadağına sevinib. 
 
B Liqasının 3-cü qrupunda gözlənilmədən Macarıstana uduzan Türkiyə yığması səfərdə Serbiya ilə üz-üzə gəlib. Türklər bu dəfə də qələbə qazana bilməyiblər. 
 
UEFA Millətlər Liqası
2-ci tur
6 sentyabr
 
A Liqası, 4-cü qrup
 
İspaniya - Ukrayna 4:0
Qol: S.Ramos, 3-pen; 29. Fati, 32. Torres, 84.

 
İsveçrə - Almaniya 1:1
Qol: Vidmer, 58 – İ.Gündoğan, 14.
 
İspaniya - 4, Ukrayna - 3, Almaniya - 2, İsveçrə - 1. 
 
B Liqası, 3-cü qrup
 
Macarıstan - Rusiya 2:3
Qol: Sallai, 62. Nikoliks, 70 – Mirançuk, 15. Ozdoyev, 34. Fernandes, 46.

 
Serbiya - Türkiyə 0:0
 
Rusiya - 6, Macarıstan - 3, Türkiyə - 1, Serbiya - 1
 
B Liqası, 4-cü qrup
 
Uels - Bolqarıstan 1:0
Qol: Uilyams, 90+4.

İrlandiya - Finlandiya 0:1
Qol
: Yensen, 64.
 
Uels - 6, Finlandiya - 3, İrlandiya - 1, Bolqarıstan - 1
 
C Liqası, 3-cü qrup
 
Sloveniya - Moldova 1:0
Qol: Bohar, 28.

Kosovo - Yunanıstan 1:2
Qol: Berişa, 82 – Limnios, 2. Siovas, 51.
 
Yunanıstan - 4, Sloveniya - 4, Kosovo - 1, Moldova - 1
 
D Liqası, 1-ci qrup
 
Andorra - Farer adaları 0:1
Qol: K.Olsen, 31.

Malta - Latviya 1:1
Qol: Nvoko, 15 – Gillamye, 25.
 
Farer adaları - 6, Latviya - 2, Malta - 1, Andorra - 1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest